TÜRKİYƏDƏ ƏMƏLİYYAT: 423 nəfər həbs edildi, külli miqdarda narkotik ələ keçirildi

Türkiyənin 69 əyalətində narkotacirlərə qarşı əməliyyat keçirilib, 423 nəfər həbs olunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "TRT Haber"məlumat yayıb.

Bildirilib ki, son bir həftədə həyata keçirilən əməliyyatlar nəticəsində 708 kiloqram 269 qram narkotik maddə, 2 milyon 971 min 219 ədəd psixotrop tərkibli həb ələ keçirilib.

Ümumilikdə, 1005 şübhəli saxlanılıb, onlardan 423-ü barəsində həbs qətimkan tədbiri seçilib, 138-i isə məhkəməyədək sərbəst buraxılıb.

Faktla bağlı araşdırma aparılır.