Qaynını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR VERİLDİ

Ali Məhkəmədə qaynını öldürməkdə təqsirli bilinən Həsən Həsrətovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 2023-cü il dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırma tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

lkin istintaqda Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qayını Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsrətov 18 il müddətinə azadlıqdan məhrum edilib./pravda.az