Sumqayıtda 49 yaşlı kişi bıçaqlandı - GƏNC OĞLAN SAXLANILDI

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Stansiya Sumqayıt yaşayış massivi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 2006-cı il təvəllüdlü İlyas Mənsur oğlu Həşimov ilə 1977-ci il təvəllüdlü Anar Azay oğlu Cəfərov arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə nəticəsində İlyas Həşimov Anar Cəfərova bıçaqla xəsarət yetirib.

Hadisədən sonra xəsarət alan şəxsə tibbi yardım göstərilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən İlyas Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./teleqraf.az