Bakıda qətl hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Nəsimi rayonu, “Şamaxı yolu" adlanan ərazidə baş verib.
Kişinin küçədə keçmiş arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.
Qadın hadisə yerində ölüb. Xəsarət alan kişi isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.