Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlandı

Gəncə şəhərində 17 yaşlı yeniyetmə bıçaqlanıb.

Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayonunun Nəcəfalı kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Yolçuyev çənə nahiyəsindən bıçaq zərbəsi alıb.

Yaralı gənc dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.