Bakıda 2300 manatlıq velosiped oğurlandı - KEÇMİŞ MƏHKUM TUTULDU

Binəqədidə 2300 manat dəyərində velosiped oğurlayan şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi rayonunda polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə dəyəri 2300 manat olan velosiped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş K.Əliyev saxlanılıb. 

Araşdırmalarla onun oğurladığı velosipedi satdığı müəyyən olunub.