Mədəsində patı daşıyan İranlı narkokuryer Türkiyənin Qars şəhərində yaxalandı - VİDEO

Türkiyənin Qars şəhərində İran vətəndaşı narkokuryerlik edərkən həbs edilib. 

Stopnarkotik.az xəbər verir ki, Qars prokurorluğunun koordinasiya etdiyi və Qars Polis İdarəsinin Narkotik Cinayətləri Bölməsi tərəfindən həyata keçirilən uğurlu əməliyyatda beynəlxalq narkotik qaçaqmalçılığında şübhəli bilinən narkokuryer saxlanılıb. Əldə edilən məlumata görə, 16 nömrəli sərnişin avtobusunda səyahət edən İran vətəndaşı Pouya Hacıhəssani (29) Qars şəhər mərkəzində aparılan narkotik əməliyyatları çərçivəsində saxlanılıb. Şübhəlinin daxili müayinəsi zamanı 76 ədəddə ümumilikdə 571,91 qram metamfetamin müsadirə edilib. Əməliyyatdan sonra şübhəliyə qarşı Türkiyə Cinayət Məcəlləsinin 188-ci maddəsi olan "Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və dövriyyəsi" ilə məhkəmə prosesi başlanıb. Polis bölməsində prosedurlar başa çatdıqdan sonra şübhəli ədliyyəyə göndərilib və məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.

Stopnarkotik.az