Zərdabda evdən külli miqdarda oğurluq edildi - SAXLANILAN VAR

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Tural Ağayev saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, həmin şəxs evə pəncərədən daxil olaraq oradan 5000 ABŞ dolları və 400 manat oğurlayıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.