Bakıda moped oğurlayan keçmiş məhkum tutuldu

Bakıda keçmiş məhkum moped oğurlayıb.

Stopnarkotik.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 1 800 manat dəyərində mopedin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./oxu.az