Tramp bu dəfə Kolumbiyanı hədəf aldı - "EŞİTMİŞƏM Kİ, KOKAİN FABRİKLƏRİ VAR..."

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu yalnız Venesuelada deyil, digər Latın Amerikası ölkələrində də narkotik qaçaqmalçılarına zərbə endirməyə başlaya bilər.

Tramp bu barədə Oval kabinetdə keçirdiyi iclasda danışıb.

"Eşitmişəm ki, Kolumbiya kokain istehsal edir. Onların kokain fabrikləri var, bilirsinizmi? Sonra da kokainlərini bizə satırlar. Bəli, bunu edən və ölkəmizə satan hər kəs hədəfə alınacaq", - Tramp deyib.