İstanbul Cümhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində 23 məşhurdan 8-nin test nəticələri müsbət çıxıb.
Stopnarkotik.az xəbər verir ki, test nəticələrinə görə, aşağıdakı şəxslərin orqanizmində narkotik maddə aşkarlanıb:
Kenan Doğulu
Enis Arıkan
Berdan Mardini
Ozan Doğulu
Yaşar İpek
Ali Efe Bezci
Oğuzhan Beker
Tolga Çam
Testi mənfi çıxanlar:
Ahmet Karoğlu, Ayşe Hatun Önal, Beren Saat Doğulu, Emre Tari, Enis Ahmet Onat, Gürani Muran Kazancıoğlu, Kerim Can Durmaz, Murat Saygı və Reyhan Küçükyeğen kimi digər tanınmış simaların test nəticələri isə təmiz (mənfi) çıxıb.
İstintaq çərçivəsində ümumilikdə 23 məşhur saxlanılmış və onlardan analiz üçün nümunələr götürülmüşdü.
Qeyd edək ki, istintaq zamanı ifadə verən müğənni Berdan Mardini ona qarşı irəli sürülən ittihamları qəbul etməmiş və “Narkotik istifadə etməyim mümkün deyil. Qanımda və ya bədənimin hər hansı bir nümunəsində narkotik maddəyə rast gəlinməyəcək” deyərək özünü tamamilə təqsirsiz hesab etmişdi.