ABŞ Əfqanıstanda narkotik istehsalı və qaçaqmalçılığında mühüm rol oynayıb - İRANIN BAKI SƏFİRLİYİ

İran ABŞ-nin narkotiklə mübarizə tədbirlərini tənqid edib. Belə ki, bu gün İranın Azərbaycandakı səfirliyi ABŞ-nin bölgədə narkotik ticarətinin yayılmasındakı rolu ilə bağlı bəyanat yayıb.

Stopnarkotik.az xəbər verir ki, İran səfirliyi ABŞ və müttəfiqlərinin Əfqanıstanda 20 ildən artıq müddətdə narkotik istehsalını və qaçaqmalçılığı artırmaqda mühüm rol oynadığını qeyd edib.

Səfirlik həmçinin ABŞ-ın xüsusi avadanlıqları vurğulayan reklam kampaniyalarının reallığı gizlədə bilməyəcəyini iddia edib.

Bakıdakı ABŞ səfirliyinin tranzit marşrutları ilə narkotik daşınmalarının aşkarlanmasında bağışladığı avadanlıqların rolunu vurğulayan son açıqlamasına cavab olaraq, İran səfirliyi bəyanatda belə reaksiya nümayiş etdirib:

“Narkotik qaçaqmalçılığına qarşı mübarizə kollektiv, davamlı və mürəkkəb vəzifədir. Xüsusi avadanlıqları nümayiş etdirən istənilən reklam kampaniyası reallığı gizlədə bilməz. Bu baxımdan, Əfqanıstanda narkotik istehsalı və qaçaqmalçılığının görünməmiş artımında ABŞ-ın rolunu vurğulamaq lazımdır”.

Bəyanatda beynəlxalq təşkilatların rəsmi hesabatlarına istinad edilir ki, hansı ki, ABŞ və müttəfiqləri tərəfindən Əfqanıstanın işğal olunduğu iyirmi ildən çox müddətdə narkotik becərilməsi və qaçaqmalçılığı bir neçə dəfə artıb və nəticələri hələ də İran və Azərbaycan da daxil olmaqla, regionun bir çox ölkəsində hiss olunur.

“İran narkotik qaçaqmalçılığına qarşı mübarizənin ön cəbhəsində uzun müddətdir ki, rolunu vurğulayıb və ən çox insan və maliyyə itkilərinə səbəb olub. "Qanunsuz və repressiv sanksiyalar" səbəbindən avadanlıq və texnologiya məhdudiyyətlərinə baxmayaraq, İranın Avropaya və digər bölgələrə narkotik qaçaqmalçılığının qarşısını almaq səyləri beynəlxalq təşkilatlar tərəfindən daim tanınır və yüksək qiymətləndirilir”, deyilən bəyanatda səfirlik bu transmilli cinayətkarlığa qarşı mübarizədə qonşu ölkələrlə, o cümlədən Azərbaycanla sıx əməkdaşlığın qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Bəyanatda İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərinin 25 noyabr 2025-ci il tarixində Azərbaycana səfəri vurğulanıb və səfər zamanı aparılan müzakirələrin və əldə edilən razılaşmaların ikitərəfli əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olduğu qeyd edilib.

Bəyanatda, habelə, “İranın narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə önəmli rol oynadığ qeyd edilib”. İddia olunub ki, İranın Avropaya və digər bölgələrə narkotik axınının qarşısının alınmasında göstərdiyi səylər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilib. 

Stopnarkotik.az