HƏYAT VƏ DİRİLİK BİTKİSİ - Təbiətin insanlığa bəxş etdiyi möcüzəvi çətənə haqda bilmədiklərimiz...

Dünya yaranandan bəri xeyirlə şər mübarizə içindədir. Bu, həm mifologiyada, həm dinlərdə, həm də müxtəlif xalqların folklorunda əksini tapıb. Deyilənə görə, ilk insan olan Adəmlə İblisin xeyir-şər mübarizəsindən biri də çətənə bitkisinin xeyir, yoxsa şər məqsədilə istifadəsi barədə olur.

Sözümüzün əvvəlinə xeyirlə şərin mübrizəsindən başlamağımız təsadüfi deyil. Maddi-fiziki-mənəvi hər bir məfhum dual-ikili mahiyyət-funksiya daşıyır, ən sadə versiyada məişətdə istifadə etdiyimiz kibrit, bıçaq, balta, yaxud hər bir dərmanın ikili yan təsiri kimi. İkilik həyatın lap başlanğıcında var – yaşam-ölüm, xeyir-şər kimi. Mifologiyamızda, nağıllarımızda ikiliyin təmsilçiləri qaranlıq və işıqlı dünyadır.

Rəvayətə görə, insanla İblisin ilki heç cür anlaşa bilmədiyi mövzulardan biri - çətənə bitkisinin xeyir, yoxsa şər yolunda istifadəsi olur. Müasir dünyanın gedişatından görünür ki, hələlik çətənənin şər üçün istifadəsi daha geniş yayılıb. Ədalət naminə demək lazımdır ki, burada çox faydalı xüsusiyyətlərinə rəğmən, çətənənin yalnız mənfi xüsusiyyətlərinin qabardılması qərəzlidir. İlk öncə də ekoloji faydalılıq baxımıdan laqeydliklə yanaşılmaqla. Məsələnin daha çox aydınlanması üçün çətənənin tarixinə, faydalı xüsusiyyətlərə sahib olmasına rəğmən, necə kənara atıldığına nəzər salaq.

**

Çətənənin bir sıra xalqların dilində fərqli adları var – çətənə, sənaye çətənəsi, kenevir, kannabis, kənaf və s. Çətənə təkcə ad baxımından zəngin deyil. O həm də müxtlif sahələrdə zəngin tətbiq potensialına malikdir. 1960-cı illərə qədər çətənə dünyada ən çox əkilən bitkilərdən biri olub. Onun əyləncə məqsədilə istifadəsi aysberqin sadəcə görünən hissəsidir. Bu bitki min illlərdir həm heyvanlar, həm də insanlar üçün zəngin və əvəzolunmaz qida mənbəyidir, fərqli istifadə yönləriylə bir xəzinədir. O qida, geyim, kağız, dərman vasitəsi, yağ, sağalmaz xəstəliklərin əlacı, bir sözlə, həyat mənbəyidir. Ta o vaxta qədər ki, faydalı xüsusiyyətlərinə göz yumularaq, yalnızca cinayət ünsürünə çevrildi.

Artıq son dövrlər geniş şaxəli faydalılıq baxımından çətənə layiq olduğu yerə geri qayıdır. Həm də elə bir dövrdə ki, iqlim dəyişikliyi dünyanın qlobal problemi, başlıca gündəmidir.

Bir az çətənənin tarixinə göz ataq. Çətənənin tarixi qədim Şumerə, Çin mədəniyyətinə, Misir piramidalarına gedib çıxır. Qədim dünyada çətənəyə sahib olmaq geyimdən, qidadan, yağdan daha çoxuna sahib olmaq demək idi. Müasir dünyamızda qədim dünyaya baxış 12 min il əvvələ getdiyinə görə, onun tarixini 12 min il əvvəldən başlayırlar. Amma lap əvvəldə dediyimiz kimi, çətənənin hekayəsi insanlıqla bərabər başlayıb. Qədim dünyanın gəmiləri, yelkənləri, kəndirləri çətənə liflərindən düzəldilirdi, səyyahlar çətənə toxumlarını uzun səfərlərdə acından ölməmək, qidalanmaq üçün özləri ilə götürürdülər. Gəmi düzəltmək üçün əsas tikinti materialı çətənə idi. Deyilənə görə, Napoleon Bonapart Rusiyanı onun düşmənlərinə çətənə satmasının qarşısını almaqla zəiflədib. Çətənənin çiçəkləri dini ayinlər, yaxud yorğunluğu çıxarmaq üçün istifadə edilib.

Amma müstəmləkə dönəmində və sonra ağdərillər çətənəni qaradərili kölələri ram etməkdə maneə törədən əngəl kimi qələmə verdilər. Çünki çətənə möcüzəvi həyat qaynağı kimi insanların fiziki-mənəvi sağlamlığında mühüm rola malik idi və onun istifadəsi qadağan olundu.

Çətənənin bir neçə növü var: “Cannabis sativa”, “Cannabis indica” və “Cannabis ruderalis”. Bu növlər müxtəlif fiziki-kimyəvi xüsusiyyətlərə malikdir və müxtəlif məqsədlər üçün istifadə olunur; məsələn, narkotik marixuana yüksək THC tərkibli  çətənənin dişi növündən əldə edilir, aşağı THC tərkibli sənaye məqsədləri üçün yetişdirilən növlər isə sənaye çətənəsi adlanır.

“Cannabis sativa” (Hind çətənəsi) - lif, yağ və toxum istehsalı üçün istifadə edilən növlərdən biridir.

“Cannabis indica”: Bu növ əsasən yüksək miqdarda tetrahidrokannabinol (THC) ehtiva edən dişi çətənədən narkotik istehsal etmək üçün istifadə olunur.

“Cannabis ruderalis”: Bu növ digərlərindən daha az istifadə olunur və mübahisəli təsnifatdır.

**

Gəlin, çətənənin istifadə sferalarına yaxından baxaq. Sənaye çətənəsinin tərkibində psixoaktiv maddə olan tetrahidrokannabinol (THC) 0,3%-dən az olur və bu səbəbdən o, narkotik sayılmır. Bu növ əsasən tekstil, kənd təsərrüfatı və bioplastik istehsalında istifadə olunur. Tərkibində yüksək miqdarda kannabidiol (CBD) olan çətənə növləri tibbi sahədə istifadə üçün becərilir. CBD psixoaktiv təsir göstərmədiyi üçün bir çox ölkədə qanuni sayılır və dərman sənayesində geniş istifadə olunur.

Çətənə “0” tullantısız bitkidir. O kağız istehsalında istifadə edilə bilər. Nəzərə alaq ki, kağız istehsalı üçün planetin ağciyərləri sayılan hektarlarla meşələr doğranıb-kəsilir. Çox qədimlərdə ağac sellülozundan kağızın düzəldilə bilmədiyi zamanlarda kağız çətənədən istehsal olunurmuş. Çətənədən alınan kağız və parça 700C dərəcədə yanmağa başlayır. Həmçinin, çətənə olduğu mühitdə mikrob, infeksiya mövcud ola bilmir. Bu xüsusiyyətinə görə xəstəxanalar, ictimai iaşə obyektləri çətənədən kənarda qalmamalıdır.

Çətənə gövdəsindən tikinti materialı istehsal oluna bilər. Yüngül, eyni zamanda sərt və möhkəmdir. Yanğına imkan vermədiyi üçün yanğınsöndürənlər, polislər, əsgərlərin geyimləri çətənədən əmələ gətirilmiş parçadan olmalıdır. Üstəlik də çətənədən hazırlanan parçanın güllə keçirməməsi onu hərbi-təhlükəsizlik sahəsində zəruri edir. Bir neçə qat istifadə edildikdə bir növ zireh rolunu oynayır və güllə keçirməzdir.

Əkin sahəsinə əkildiyi zaman oraya kimyəvi dərmanlar verməyə gərək qalmır. Çünki çətənə əkilən yerdən ziyanverici həşəratlar və qurdlar qaçır. Bunun sayəsində çətənə təbii gübrə rolu yerinə yetirir, torpağı kimyəvi gübrələrlə zəhərləməyə ehtiyac qalmır.

Çətənə əkildiyi yerdə bataqlığı qurudur ki, bununla da malyariya kimi xəstəlikləri əngəlləyir.

Çətənədən təbiətdə çözülə bilən plastik hazırlanır. Halbuki adi plastik qablar 80-100 il təbiətdə qalır.

Çətənədən sement torbaları kimi istifadə oluna bilər. Kifayət qədər davamlıdır. Əskinas düzəldilməsi üçün istifadə edilməsi mümkündür.

O cümlədən, tekstildə istifadə oluna bilər. Geyim kimi ekoloji material sayılan pambığa dünyadakı əkin gübrələrinin yarısından çoxu istifadə olunur və torpaq zəhərlənir. Amma çətənə heç bir kimyəvi dərman tələb etmir və çətənə parçası pambıq parçadan 10 dəfə daha dözümlüdür. Yəni pambığa alternaiv rəqibdir. Çətənə pambığın yerini alsaydı, nəhəng gübrə istehsalı şrkətləri kimyəvi dərmanları kimə satacaqdı? Məsələn, çətənənin əkinlərin arasına əkilməsi “MONSANTO” kimi gübrə istehsal edən şirkətlərin cibinə ziyan vurur. “Bayer” dərman şirkətinə də çətənənin əkilməsi sərfəli deyil, çünki çətənənin çoxsahəli istifadəsi insanı xəstə olmağa qoymur. Çətənədən hazırlanmış qida saxlama torbalarında saxlanan qidalar qurdlanmaz.  

İnanılmaz oksigen mənbəyidir. Kənd təsərrüfatında hər yerdə istifadə oluna bilər. Oksigen mənbəyi olan çətənəyə həşərat və siçanlar yaxınlaşmadığı üçün mütləq zeytun, fındıq, banan bağlarında, hətta arı yeşiklərinin arasına çətənə əkmək lazımdır. Astma xəstələri çətənə tarlalarını gəzsələr, onların yaratdığı oksigen insan sağlamlığına mənfi təsir göstərə biləcək oksigen futlyarına ehtiyacı aradan qaldıracaq.

Çətənə yağı nəqliyyat vasitələrində bioyanacaq kimi istifadə edilə bilər. 1930-cu ilərdə dünyada kağız istehsalının yüzdə 70%-i çətənədən alınırdı. 1890-1900-cu illərdə Amerikada çətənə əkməyən torpaq sahibləri həbsə atılırmış.

Çətənədən hazırlanmış qida beyni inkişaf etdirir. Bu səbəbdən, Böyük Britaniyada tərkibində 20% çətənə suyu olan plastik su butulkaları beş funta satılır. İsraildə ibtidai məktəbdə oxuyan uşaqlara beyin inkişafına kömək etmək üçün çətənə suyundan hazırlanmış xəmir məmulatları verilir. Uşaqlarımıza bu şirədən hazırlanmış qida məhsulları verməklə də onların əqli inkişafına dəstək ola bilərik.

Çətənə ən zəngin bitkisəl protein qaynaqlarından biridir. Omega 3, 6, və 9, Amin turşuları ilə zəngindir, zərərli xolestrolu azaldır, immuniteti artırır.

Çətənə yağı bədxassəli şişlərin müalicəsində effektiv təsir edir, şəkər xəstələrinə fayda verir. Heyvan yeminə çətənə qarışdırıldığı təqdirdə onlara dərman, antibiotik və steroid verməyə ehtiyac qalmır.

**

Həmçinin, çətənədən müxtəlif ekoloji yuyucu vasitələr, şampun, sabun və kosmetoloji gözəllik vasitləri əldə edilir.

Çətənədən hazırlanmış kərpiclər tikinti izolyasiya materialı kimi istifadə edilə bilər. Ondan həm beton, həm daş alınır. Çətənədən inşa edilmiş evlər, binalar həm zəlzələdə dağılmır, həm də nəfəs alır, nəmişlik əmələ gətirmir. Radiasiyanın zərərli təsirlərinin qarşısını alır.

Çətənədən alınan yanacaq avtomobillərin havaya zərərli tüstü buraxmaması üçün çıxış yoludur. Eləcə də çətənədən alınan nanokarbonlar elektrik avtomobilərində istifadə ediləcək litium batareyalarına rəqib ola bilər.  

Su torpağın qanıdır. Bitkilər canlıdır və həyat ancaq hava, su, torpaq ilə yaşaya bilər. Hansı ki, müasir dövrümüzün başlıca problemi iqlimin dəyişməsidir. Və planetimizin əsas hədəfi də təbiqəti qorumaq məqsədli ekoyaşam tərzinə, yaşıl enerji, ekoloji yönümlü dünyaya keçid etməkdir.

Təəssüf ki, insanlıq havanı, suyu və torpağı çirkləndirib. Yer ana torpaqdır və xəstə ana sağlam uşaq dünyaya gətirə bilməz.

Torpağı istismar etmişik. Onu kimyəvi gübrələrlə, pestisidlərlə zəhərləmişik, kənd təsərrüfatı gübrələri ilə torpağı toza çevirmişik, səhralaşdırmışıq. Yağış və külək bu zəhəri yayır və arealını genişləndirir, biz bu zəhəri yeyirik, içirik və nəfəs alırıq.

Torpağın təmizlənməsi üçün çətənə becərilməsinin torpağı zəhərli maddələrdən arındırmasına icazə verilməlidir. Çətənənin havadan azot və ya karbon emissiyalarını udaraq torpağı zənginləşdirməsi bizə lazımdır. Havaya daha çox oksigen buraxmaq üçün çətənə lazımdır. Havanın, suyun və torpağın çətənəyə ehtiyacı var.

Kənd təsərrüfatı dağılırsa, onu heç nə ilə əvəz etmək olmaz. Kənd təsərüfatının dağlıması bir ölkənin, bir dövlətin qida təhlükəsizliyinin birbaşa təhdid altına düşməsidir. Torpağın başına gələn bitkilərin, bitkilərin başına gələn heyvanların, heyvanların başına gələn insanların - bizim başımıza gələcək.

Kimyəvi zəhərlənmələr kifayət deyilmiş kimi, elektromaqnit çirklənməsi həyatı yaşanmaz hala gətirdi. Bitkilərin genləri dəyişdirilib. Heyvanların genləri dəyişdirilib. Kənd təsərrüfatındakı bu deqradasiyanın, QMO-laşmanın nəticələri xəstəxanalarda sağalmaz xəstəliklərlə yekunlaşır. Bunu dərman reseptlərində görə bilərsiniz. Bundan başqa, ölümlə sounclanan xəstəliklərin başında qan dövranı sisteminin xəstəlikləri, 2-ci yerdə xərçəng, 3-cü yerdə isə tənəffüs sistemi xəstəlikləri olub.

Çətənədən sui-istifadənin yaratdığı riskdən daha böyük risk vəd edən aseton və başqa kimyəvi maddələri apteklərdə və xırdavat dükanlarında nə qədər desən tapıb almaq olar. Yaxud dəftərxana ləvazimatları mağazasından yapışqanı almaq olar, hansı ki, narkotik kimi stifadə edilə bilmək ehtimalı var. Buna günümüzdə xalq arasında geniş yayılmış üzərlik bitkisinə vurulan qarayaxmanı da misal göstərmək olar. Təbiətin bəxş etdiyi bitkilərə qara yaxmaqdansa, ölkəyə sərhədləri aşıb gələn sintetik narkotik və psixotrop maddələrlə zənginləşdirilmiş İran istehsalı marixuananın qarşısını almaqda acizliyimizi etiraf edib, diqqətimizi bu isitqamətə yönəltmək lazımdır. 

Çətənənin qida qismində faydalı xüsusiyyətləri nəzərə alınaraq, onun müxtəlif qidaların tərkibinə qatılması, insanın yetərli miqdarda ala bilməməsi üzündən yaranan hormon çatışmazlığının qarşılanması onun duyqusal boşluğa və depressiyaya düşməsini çözə bilər. Bu səbəbdən orqanizmində çatışmayan dopamin, serotonin hormonunu sintetk və öldürücü narkotiklərə yönəlməklə çıxış yolu axtarışına çıxmaz. Fikrimizcə, bunu sınaqdan çıxarmağa dəyər. Ən azından İsrail və Böyük Britaniya təcrübəsini nəzərə almaq, araşdırmaq faydalı ola bilər.  

Stopnarkotik.az