İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəni tutmaq üçün lazımi təcrübəyə malik deyil.
Bunu İran parlamentinin üzvü Həmid Rasai bildirib. Rasainin bu çıxışı sosial şəbəkələrdə yayımlanıb.
"Məgər liderin oğlu onun varisi ola bilərmi? Bu, gülüncdür... Liderin icra təcrübəsi olmalıdır", - deyə Rasai bildirib.
Xatırladaq ki, Əli Xamenei 28 fevralda öldürülüb, martin 9-da isə onun 56 yaşlı oğlu Müctəba Xamenei yeni Ali Lider təyin edilib. Bu münasibətlə Tehranda və İranın digər şəhərlərində mərasimlər keçirilib.
Müctəba Xamenei SEPAH-a yaxınlığı ilə tanınır və iddia olunur ki, onun təyinatı da SEPAH-ın təzyiqi ilə həyata keçirilib./azpolitika.info
— Newsfeed (@Newsfeed883920) March 10, 2026