Dubay Beynəlxalq Maliyyə Mərkəzi PUA-larla vuruldu - VİDEO

İran Dubay Beynəlxalq Maliyyə Mərkəzinə (DIFC) pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bu barədə "Nour News" məlumat yayıb.

Xəbərə görə, zərbələr biznes məkanındakı bir binaya dəyib. Hücumdan sonra şəhərin üzərini qatı tüstü bürüyüb.

Qeyd edək ki, Dubay Beynəlxalq Maliyyə Mərkəzi qlobal bankların, fondların və şirkətlərin ofislərinin yerləşdiyi əsas biznes rayonlarından biridir.