İyunun 9-da ümumi çəkisi 31,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 4,8 ton çəkidə 5628 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.