Müctəba Xamenei şikəst olub - ABŞ MÜDAFİƏ NAZİRİ AÇIQLADI

İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb.

BBC xəbər verir ki, bu iddia ilə ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq zamanı çıxış edib. 

“İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb”, - Peqset deyib.

Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb: “Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz”. 

Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib.