AVTOMAT, TAPANÇA, TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

İyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 5 tüfəng, 1 alışdırıcı, 4 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.