"Türkiyə ərazisinə həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik".
Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - deyə məlumatda deyilir.
Qeyd edək ki, bu gün günorta saatlarında İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raket Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilib. Raketin qəlpələri Türkiyənin Qaziantep bölgəsində boş sahələrə düşüb.
*** 16:13
İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raket Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, raketin qəlpələri Türkiyənin Qaziantep bölgəsində boş sahələrə düşüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
"Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Hər kəsə xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir", - deyə nazirlik baş verən hadisəyə sərt reaksiya verib.
Türk Hava Sahasında Etkisiz Hâle Getirilen Balistik Füze ile İlgili Açıklama
Statement on the Ballistic Missile Neutralized in Turkish Airspace#MillîSavunmaBakanlığı pic.twitter.com/im7LFpVOl7
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 9, 2026