Paşinyan ailəsində yeni MÜƏMMA – Anna Akobyan qızını da "sildi"

Ermənistanın baş naziri Nikol Pashinyan ailəsi ilə bağlı yeni qalmaqal gündəmə gəlib. Bu dəfə diqqət mərkəzində baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyan və onların qızı Şuşan Pashinyan dayanıb.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, Anna Akopyan öz Instagram hesabında qızı Şuşan Paşinyanı da izləmədən çıxarıb. Bu addım qısa müddətdə sosial şəbəkələrdə diqqət çəkib və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bu, Paşinyan ailəsində son aylarda baş verən gərginlik fonunda baş verib.

Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan və Nikol Paşinyan təxminən 30 illik münasibətlərinin başa çatdığını açıqlamışdılar. Bu xəbər Ermənistanda ciddi rezonans doğurmuşdu. Ayrılıqdan sonra tərəflər sosial şəbəkələrdə də bir-birini izləmədən çıxarıb. İlk olaraq Anna Akopyan bu addımı atdı, daha sonra isə baş nazir Nikol Paşinyan da onu "sildi"

İndi isə diqqət çəkən yeni detal ortaya çıxıb: Anna Akopyanın qızı Şuşan Paşinyanı da izləmədən çıxarması.

Qeyd edək ki, son günlər Paşinyan ailəsi ilə bağlı başqa bir məqam da diqqətdən yayınmayıb. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nikol Paşinyanın sosial şəbəkələrdə keçmiş həyat yoldaşı Anna Akopyanı təbrik etməməsi də diqqət çəkib. Bu detal da ailə daxilində münasibətlərin əvvəlki kimi olmadığı barədə ehtimalları daha da artırıb.