"Sədərək"də mağazadan 16 min manatlıq oğurluq edildi

"Sədərək" Ticarət Mərkəzində fəaliyyət göstərən "Cənub Topdan” mağazasında oğurluq olub. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, mağazadan 16 994,72 manat dəyərində müxtəlif məhsullar oğurlanıb. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra faktla bağlı cinayət işi başlanıb və 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar ticarət mərkəzində işləyən fəhlələr və "Cənub Topdan” mağazasından qida və qeyri-qida məhsulları alaraq müxtəlif düknalara paylayan şəxs olub.

Qaradağ Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri mühakimə olunan təqsirləndirilən şəxslər verilmiş ittiham üzrə özlərini təqsirli bilib. 

Məhkəmənin hökmü ilə onların hər birinə 2 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib.