Körfəz ölkələri Müctəba Xameneyinin yeni dini lider seçilməsinə ETİRAZ EDİR

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Müctəba Xameneyinin İranın yeni ali rəhbəri seçilməsi Fars körfəzi ölkələrində ciddi narahatlıq yaradıb.

Telekanalın məlumatında qeyd olunur ki, bu qərar son dövrlərdə İranın gündəlik hücumlarına məruz qaldığını bildirən Körfəz ölkələri üçün faktiki olaraq hərbi vəziyyət anlamına gələ bilər. Region ölkələri yeni liderin siyasətinin necə olacağını diqqətlə izləyir.

Məlumata görə, Körfəz dövlətləri bir tərəfdən vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edir, digər tərəfdən isə yeni rəhbərliyin fərqli siyasi kurs ortaya qoyub-qoymayacağını müşahidə etməyə çalışır.

**