İran dronu Dubayda yaşayış binasına çırpıldı - VİDEO

İrana məxsus pilotsuz təyyarə Dubayda "Address Creek Harbour" yaşayış kompleksinə çırpılıb.

Bu barədə BƏƏ hökumətinin mətbuat xidməti sosial mediada məlumat yayıb.

Xəbərə görə, zərbə binanın 57-ci mərtəbəsinə dəyib. Hücum nəticəsində xəsarət alan olmayıb.

Hadisədən sonra binada təcili təxliyə əməliyyatı başlayıb. Mətbuat xidməti vəziyyətin müvafiq orqanların nəzarəti altında olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Dubay Beynəlxalq Hava Limanı PUA hücumuna məruz qalıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı xarici vətəndaşlar olublar.