2026-cı ilin ilk iki ayında Özbəkistan hüquq-mühafizə orqanları 8 laboratoriya aşkar edib və 375 kiloqram narkotik maddə müsadirə edib.
Bu barədə ölkənin Narkotik və Silah Dövriyyəsinə Nəzarət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu dövrdə 146 kiloqram həşiş, 113 kiloqram marixuana müsadirə olunub, 116 kiloqram müxtəlif psixotrop maddələr dövriyyədən çıxarılıb.
Özbəkistan Təhlükəsizlik Şurası katibinin müavini Bahodır Taşmatov bundan əvvəl demişdi ki, hər il Mərkəzi Asiyadan təxminən 90 ton heroin keçir.