İrandan atılan üçüncü raket Türkiyə səmasında məhv edildi

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur:

”Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl martın 4-ə və 9-da İran ərazisindən atılan raketlər Türkiyə səmasında zərərsizləşdirilib.