9,8 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - Əməliyyat + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da ümumi çəkisi 9,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.