Bakıda iş yoldaşının 9 min dollarlıq fotoaparatını oğurlayan qadın saxlanıldı

Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.