"İncirlik" Türkiyə bazasıdır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Amerika əsgərlərinin mövcudluğu onun ABŞ bazası olması demək deyil.
10-cu Hava Komandanlığı Adana əyalətinin İncirlik şəhərində yerləşir. Burada F-16 qırıcı təyyarələrimiz, tanker donanmamız və pilotsuz uçuş aparatlarımız yerləşir. Bütün obyektlər Türkiyəyə məxsusdur”, - Türkiyə MN-dən bildirilib.