"General dedi ki, onları öldürmək daha əyləncəlidir” - TRAMP

ABŞ Prezidenti Donald Trump Şri-Lanka sahillərində batırılan İran hərbi gəmisinə dair açıqlaması ilə diqqət çəkib. 

Kentukkidə keçirilən mitinqdə çıxış edən Tramp İran gəmisinin batırılması qərarını şübhə altına aldığını deyib.

Prezident bildirib ki, əməliyyat nəticəsində onlarla heyət üzvü həyatını itirib və bu səbəbdən generallara sual verib: “Mən onlardan soruşdum: Niyə onları öldürdük? Niyə gəmini ələ keçirib donanmamızda istifadə etmədik?”

Trampın sözlərinə görə, generallar ona bu şəxslərin ABŞ donanmasında xidmət etmək üçün uyğun olmadığını deyiblər. Prezident əlavə edib ki, generallardan biri bu qərarı belə izah edib: “Cənab, bu daha əyləncəlidir”.

ABŞ müdafiə naziri Pit Heqset gəminin sualtı qayıqdan atılan torpedo ilə vurulduğunu açıqlayıb (“Qafqazinfo”).

Qeyd edək ki, gəmidəki insanlar silahsız olduğundan Trampın bu çıxışı faşist və iyrənc açıqlama kimi şərh edilib. 

Xatırladaq ki, İran martın 4-də “Milan 2026” təlimi çərçivəsində Hindistana gedən və geri qayıdarkən ABŞ-ın Virginia sinifli sürətli hücum sualtı qayığı tərəfindən batırılan “IRIS Dena” freqatının “vəhşi hücuma” məruz qaldığını bildirib.  ABŞ tərəfindən hücuma məruz qalan “IRIS Dena” adlı freqatda 104 silahsız hərbçi həyatını itirib. Onların silahsız olduğu və beynəlxalq təlimdə iştirak etmək üçün Hindistana getdiyin bildirib.

İran ordusu qeyd edib ki, “IRIS Dena” freqatında ümumilikdə 136 nəfər heyət üzvü olub və 32 hərbçi yaralı halda sağ xilas edilib.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri də martın 4-ü “IRIS Dena” adlı İran hərbi gəmisinin Hind okeanında batdığını təsdiqləyib. Gəmi Şri-Lankanın Qalle sahilləri yaxınlığında təcili yardım siqnalı göndərdikdən sonra batıb.