İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.
Hücum zamanı Fransa ordusunun bir hərbçisi ölüb.
"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və silahdaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb", - deyə Makron yazıb.
Fransa prezidenti hücumu qəbuledilməz adlandırıb. O bildirib ki, Fransa qoşunları bölgədə yalnız terrorizmlə mübarizə aparmaq üçündür.
Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub. Bundan əlavə 6 Fransa əsgərinin yaralandığı bildirilir.