Bakıda ailədaxili münaqişə QANLA BİTDİ - Saxlanılan var

Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 14-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu, M.Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Rahim Zamanov münaqişə zəminində qaynı, 1993-cü il təvəllüdlü İlkin Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisənin ailədaxili narazılıq zəminində baş verdiyi, münaqişənin zərərçəkənin bacısı ilə bağlı olduğu bildirilir.

R.Zamanov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.