ABŞ və İsrail ilə İran arasında davam edən müharibə 14-cü gününə daxil olarkən, ABŞ Prezidenti Donald Tramp İranı hədəf alan yeni açıqlamalar verib.
O, sosial media hesabında paylaşım edərək “Bu gün bu dəli və çirkli adamların başına nələrin gələcəyini izləyin” ifadəsini işlədib.
Trampın bu açıqlaması İranın yeni dini lideri Müctəba Xameneinin “Tökülən bütün qanların qisası alınacaq” bəyanatından sonra verilməsi ilə diqqət çəkib.
ABŞ Prezidenti sosial mediada etdiyi paylaşımda İranın donanmasının və hava qüvvələrinin məhv edildiyini iddia edib. O, həmçinin İranın malik olduğu raketlər, pilotsuz uçuş aparatları və digər hərbi vasitələrin də məhv edilməsinin davam etdiyini bildirib.
Tramp bildirib ki, ABŞ-ın misli görünməmiş silah gücü, tükənməz sursat ehtiyatı və kifayət qədər vaxtı var. O, paylaşımında belə deyib:“Misli görünməmiş silah gücümüz, sınırsız sursatımız və bol vaxtımız var. Bu gün bu dəli pisliklərin başına nələrin gələcəyini izləyin.”
ABŞ Prezidenti həmçinin iddia edib ki, İran 47 il ərzində dünyada çoxlu sayda günahsız insanın ölümünə səbəb olub və indi onları öldürdüyünü söyləyərək bundan “böyük qürur” duyduğunu bildirib./azpolitika.info