İranın paytaxtı Tehrada havanın çirkliliyi ən narahatedici səviyyəyə çatıb. Nəticədə hökumət məktəbləri və universitetləri bağlayıb, regionda yük nəqliyyatının hərkətini qadağan edib.
Tehranda və yaxın şəhərlərdə havanın keyfiyyət indeksi noyabrın 29-da 170-200 həddinə qalxıb ki, bu da bütün yaş qrupları üçün qeyri-sağlam hesab edilir. İran prezidenti Məsud Pezeşkianın müavini Məhəmməd Cəfər Kaempənah isə deyib ki, əgər havanın çirklənməsi bu səviyyəni keçsə, bu, ölümcül olacaq. Bu fonda Tehranın Hava Kefiyyətinə Nəzarət İdarəsi isə əhalini ehtiyac yaranmayacağı təqdirdə küçəyə çıxmaqdan çəkinməyə çağırıb:
“Yaşlılar və uşaqlar, eləcə də ürək-damar və respirator xəstəlikləri olan insanlar evdə qalmalıdırlar” - deyə bəyanatda yer alıb.
Son illərdə İranda davam quraqlıq ölkəni çətin vəziyyətə salıb ki, bunu da ekspertlər su bankrotu adlandırıblar. Ölkənin su anbarlarının boşalması və ya rekord həcmdə aşağıdüşməsi fonunda hökumət Tehranda su təchizatına qənaətə başlayıb. Pezeşkian isə su böhranının paytaxtın köçürülməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.
İranın keçmiş Ətraf Mühit nazirinin müavini Kave Madani deyib ki, hökumətin son xəbərdarlıqları yaranan reallıqla müqayisədə çox aşağıdır.