14,1 kiloqram narkotik və 4491 ədəd metadon həbi ələ keçirildi - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 4-də ümumi çəkisi 14,1 kiloqrama yaxın narkotik vasitə və 4491 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.