Corcia Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - VİDEO

İtaliya Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsini hədəfləyir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana səfərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İtaliya üçün konkret və uzunmüddətli dəyərə malik olan strateji tərəfdaşlığı gücləndirmək üçün Bakıya səfər etdim. Azərbaycanla biz enerji, təhlükəsizlik, əlaqəlilik, investisiya və siyasi dialoq sahəsində əhəmiyyətli əməkdaşlığı gücləndirmək, getdikcə onu xalqlarımız üçün konkret imkanlara çevirmək istəyirik", - o yazıb.

C.Meloni qeyd edib ki, indiki kimi çətin dövrlərdə istinad nöqtələrindən tutunmaq xüsusilə vacibdir və onlardan biri İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.