Çinin mərkəzindəki Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı 26 nəfərə yüksəlib.
Bunu Çanşa şəhərinin meri Çen Boçjan mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, 61 nəfər yaralanıb.
Qeyd edək ki, partlayış bazar ertəsi "Huaşen" şirkətinin zavodunda baş verib.
Çin Xalq Respublikasının (ÇXR) Xunan əyalətindəki fişəng zavodunda baş verən partlayış qurbanlarının sayı 21-ə yüksəlib, daha əvvəl üç nəfərin öldüyü bildirilirdi.
Bu barədə ÇXR Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 61 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Lyuyan şəhərindəki fövqəladə hadisə zonasına beş xilasetmə briqadası cəlb edilib, səfərbər olunmuş heyətin ümumi sayı 482 nəfər təşkil edir. Qeyd olunur ki, güclü detonasiya nəticəsində yaranan zərbə dalğası 300-400 m radiusda yerləşən binalara ziyan vurub.