Gəncədə 22 yaşlı qadın bıçaqlandı - ƏRİ SAXLANILDI / YENİLƏNİB

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Stopnarkotik.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***09:13

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2004-cü il təvəllüdü Səma Hətəmli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır./lent.az