ABŞ administrasiyası İranın Ali lideri Müctəba Xameneinin sağ olduğu qənaətinə gəlib.
Bunu "Fox News"a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Onun sağ olduğuna dair dəlillərimiz var. Aydındır ki, onlar belə deyirlər. Əksini təsdiq edən heç bir dəlilimiz yoxdur", - o, məsələ ilə bağlı suala cavabında deyib.
Daha əvvəl "The Times" qəzeti kəşfiyyat mənbələrinə istinadən İranın Ali liderinin müalicə aldığı və qərar qəbuletmə prosesində iştirak etmədiyi barədə məlumat yayıb.