7,5 kiloqram narkotik və 18085 ədəd metadon həbi ələ keçirildi - ƏMƏLİYYAT + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 25-də və 26-da ümumi çəkisi 7,5 kiloqramdan artıq narkotik vasitə və 18085 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.