Bakıdakı kütləvi davanın iştirakçılarından biri saxlanıldı

Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən biri saxlanılıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, iki gün əvvəl Nəsimi rayonunda baş verən insidentin iştirakçılarından biri olan Abasqulu Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin digər iştirakçılarının da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 2-də Mirəli Qaşqay və Sahib Zeynalov küçələrinin kəsişməsində qeydə alınıb.