Rahiblər narkotacir çıxdı - 22 NƏFƏR SAXLANILDI

Şri-Lankada 22 rahib narkotik qaçaqmalçılığına görə saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, Şri-Lankada Taylanddan qayıdan 22 rahib narkotik qaçaqmalçılığıns ittiham olunur.

Məlumata görə, onların çamadanlarında gizlədilmiş 112 kiloqram marixuana aşkarlanıb ki, bu da Kolombo hava limanının tarixində ən böyük belə fakt hesab olunur.

İlkin araşdırmalar göstərir ki, sxemi üç nəfər təşkil edib, digər rahiblərə isə daşınan yüklərin kitab və şirniyyat olduğu deyilib. Hadisə cəmiyyətdə böyük rezonans doğurub.

Stopnarkotik.az