Bu ölkədə 7,8 bal gücündə zəlzələ oldu - ÖLƏNLƏR VAR / VİDEO, YENİLƏNİB

Filippinin cənubunda 7,8 maqnitudalı zəlzələ nəticəsində ən azı 12 nəfər həlak olub.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, əsasən zədələnmiş binalarda 200-dən çox insan yaralanıb, yaxınlıqdakı sahillər boyunca isə 1 metr hündürlüyündə sunami meydana gəlib.

***09:57

Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.

Ölkədə sunami təhlükəsi elan edilib.

Yeraltı təkanların episentri təxminən 679 min nəfərin yaşadığı Heneral-Santos şəhərindən 51 kilometr məsafədə, ocaq isə Yerin 10 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

Yayılmış görüntülərdə infrastruktur obyektlərinə zərər dəyməsi və bir neçə binanın uçması öz əksini tapıb.