"AVROPA MƏHKƏMƏSİNİN QƏRARINDAN İMTİNA EDİRƏM" - Hüseyn Abdullayevin anasından müraciət

Sabiq deputat, hazırda həbsdə olan "Quska" ləqəbli Hüseyn Abdullayevin anası Zeynəb abdullayeva ictimaiyyətə müraciət ünvanlayıb. Stopnarkotik.az həmin müraciəti olduğu kimi təqdim edir:

"Media nümayəndələrinin və ictimaiyyətin diqqətinə!

Əziz dostlar, 
Zeynəb Abdullayevanın səlahiyyətli nümayəndəsi olaraq aşağıdakı müraciəti diqqətinizə çatdırıram :

Hörmətli xanımlar və cənablar ,

Mən, Zeynəb Abdullayeva olaraq bildirirəm ki, ölkə hüdudlarından kənara çıxışıma qoyulmuş məhdudiyyətlə bağlı Avropa Məhkəməsinə edilmiş müraciət üzrə xeyrimə qəbul olunmuş qərardan istifadə etmək niyyətində deyiləm və həmin qərardan imtina etdiyimi bəyan edirəm.

Mən və oğlum Hüseyin Abdullayev Azərbaycan dövlətinə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa sadiq olduğumuzu bildirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyimi bəyan edirik. 

Mənim yeganə arzum, oğlum Hüseyn Abdullayevin səhhətində yaranmış problemlərin nəzərə alınması və ona humanist yanaşmanın göstərilməsidir. İnanıram ki, bu məsələ Azərbaycan dövlətinin humanizm və ədalət prinsipləri əsasında öz müsbət həllini tapacaqdır.

Bir daha Azərbaycan dövlətinə onun rəhbəri cənab İlham Əliyevaya olan rəğbətimizi bəyan edir , oğlum Hüseyin Abdullayevlə ortaq qərarımızı bəyan edirik ki , ölkəmiz və dövlətimizə qarşı yönələn heç bir qərarı dəstəkləməyəcəyik. 

Ümidimiz yalnız ölkəmizin başçısına , ölkəmizin hüquq mühafizə və məhkəmə sisteminədir!

Hörmətlə,
Zeynəb Abdullayeva,
Hüseyn Abdullayevin anası".