İyunun 6-da və 7-də ümumi çəkisi 73 kiloqramdan artıq narkotik vasitə və 5688 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 7440 ədəd çətənə kolu isə aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.