24,4 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 12,8 ton çətənə kolu məhv edildi / AUDİO

İyunun 4-də ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 12,8 ton çəkidə 21783 ədəd çətənə kolu isə aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.