67,4 kiloqram narkotik və 2000 metadon həbi ələ keçirildi – 4 000 ÇƏTƏNƏ KOLU MƏHV EDİLDİ + AUDİO

İyunun 8-də ümumi çəkisi 67,4 kiloqrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 4000 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.