Narkokartelə silah satan dəstə üzvləri tutuldu

ABŞ-də Sinaloa kartelinə silah satışı işi ilə bağlı 4 nəfər haqqında cinayət işi açılıb.

Stopnarkotik.az xəbər verir ki, məlumata görə, Texas ştatının Amarillo şəhərində yaşayan 27 yaşlı Loyd Valter Hall haqqında 12 maddə ilə cinayət işi açılıb.

Bildirilir ki, o, Çihuahua bölgəsində bu cinayətkar qrupun üzvü ilə əlaqə saxlayıb. Hall onlara silah verib, məlumat paylaşıb və polisin əlinə keçməmək üçün kömək edib.

Stopnarkotik.az