Marixuana asılılığı olan şəxslər sonradan ciddi psixi xəstəliklərlə daha çox qarşılaşırlar. Bunu ABŞ-ın "Johns Hopkins Universiteti"nin araşdırması ortaya çıxarıb.
Stopnarkotik.az xəbər verir ki, ABŞ-ın "Johns Hopkins Universiteti"nin araşdırmasına görə, 707 mindən çox gəncin məlumatı yoxlanılıb. Araşdırmaya görə, marixuanadan asılı olan insanlarda şizofreniya xəstəliyinə tutulma ehtimalı 52 faiz, bipolyar xəstəliyə tutulma ehtimalı isə 61 faiz daha yüksək olub.
Araşdırmanı aparan mütəxəssislər bildiriblər ki, bu nəticələr marixuananın bu xəstəliklərə birbaşa səbəb olduğunu göstərmir. Onların sözlərinə görə, marixuanadan çox istifadə ilə psixi xəstəliklər arasında əlaqənin olub-olmadığını dəqiq bilmək üçün daha çox araşdırma aparılmalıdır. Mütəxəssislər insanlara marixuananın psixi sağlamlıq üçün yarada biləcəyi risklər barədə məlumatlı olmağı tövsiyə ediblər.
Stopnarkotik.az