Narkotikdən 2 milyarda qədər pul qazanan şəxs Gürcüstandan ekstradisiya edildi - VİDEO

Qazaxıstana gizli narkotik laboratoriyası təşkil edən şəxs ekstradisiya edilib. Şəxs Gürcüstandan gətirilib.

Stopnarkotik.az xəbər verir ki, Qazaxıstan Prokurorluğunun məlumatına görə, həmin şəxs bu ilin yanvarında Gürcüstanda saxlanılıb.

İddiaya görə, o, Almatı bölgəsində gizli yerdə narkolaboratoriya təşkil edib. O və yanında olan şəxslər birlikdə təxminən 10 kiloqram mefedron hazırlayıblar. Hazırlanan narkotik Almatı şəhərində və Almatı bölgəsində əvvəlcədən gizli yerlərə qoyularaq satılıb.

Məlumata görə, bu qrup qanunsuz yolla 1,8 milyard tenqədən çox pul qazanıb. Pulun bir hissəsini rəqəmsal pul vasitəsilə köçürüblər. Bildirilib ki, onlar 600 milyon tenqədən çox pulu ev, iş yeri və avtomobil almağa xərcləyiblər. Alınan bütün evlərə, iş yerlərinə və avtomobillərə dövlət tərəfindən həbs qoyulub. Onların dövlətə verilməsi planlaşdırılır.

Bu işlə bağlı qrupun bəzi üzvləri artıq məhkəməyə çıxarılıb. Digər şəxslər isə hələ də axtarılır. Qazaxıstana gətirilən şəxs araşdırma davam etdiyi üçün müvəqqəti saxlanıldığı yerə yerləşdirilib. 

Stopnarkotik.az