23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bir neçə gün öncə Masallı ərazisində Cəlilabad sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.